Azərbaycan neftinin qiymətləri: 12-16 yanvar həftəsinin yekunları

Azərbaycan neftinin qiymətləri: 12-16 yanvar həftəsinin yekunları
11:23 19 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir Emil İsmayılov /

Ötən həftə - 12-16 yanvar tarixlərində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftin orta qiyməti təxminən 49,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 3,1 dollar/barel azdır.

Trend-in məlumatına görə, 12-16 yanvar həftəsində AZERI LT-nin qiyməti maksimum 50,13, minimum isə 48,03 dollar/barel təşkil edib.

12-16 yanvar həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti təxminən 43,29 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən 1,32 dollar/barel azdır.

12-16 yanvar URALS-ın qiyməti maksimum 44,4, minimum isə 42,01 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

12-16 yanvar həftəsində "Brent Dated" növünün orta qiyməti 46,53 dollar/barel təşkil edib. Bu rəqəm ötən həftəkindən 2,95 dollar/barel azdır.

Ötən həftə "Brent"in maksimum qiyməti 47,65 dollar, minimum isə 45,22 dollar/barel təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR