Məhv edilən rus tankları Polşada nümayiş olundu

Ukrayna ordusu tərəfindən məhv edilən rus tankları və digər hərbi texnikaları Polşanın paytaxtı Varşavada nümayiş olunub.

Metbuat.az xəbər verir ki, rus zirehli texnikalarının nümayiş olunduğu ərazinin açılışında Polşan;n Baş nazirinin sözçüsü Mişel Dvorsizki və Ukraynanın müdafiə nazirinin köməkçisi Hanna Malara və digərləri iştirak edib. Rəsmilər bildirib ki, bu sərgi Rusiyanın məğlub edilə biləcəyinə işarədir.

Rəsmilər qeyd edib ki, Rusiyanın məğlub etməyin mümkün olmadığı barədə iddialar Ukrayna ordusu tərəfindən iflasa uğradılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR