Məşhur müğənni BDU ilə bağlı paylaşım etdi -

Türkiyənin məşhur müğənnisi Hadisə Bakı Dövlət Universitetinin (BDU) məzun günü ilə bağlı paylaşım edib.

Metbuat.az xəbər verir ki, altı mindən çox tələbənin iştirak etdiyi məzun günündə Hadisənin “Düm tek tek” mahnısı ifa olunub.

Milli Gimnastika Arenasında keçirilən “Məzun günü”ndə tələbələr sözügedən musiqi sədaları altında rəqs edərək, əyləniblər.

Pop ulduz isə mahnısı ilə rəqs edən BDU məzunlarının görüntülərini sosial şəbəkə hesabında paylaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR