Ronaldodan gözlənilməz addım: "Mançester Yunayted" rəhbərliyinə müraciət etdi

Kriştiano Ronaldo “Mançester Yunayted”dən ayrılmağı düşünür.

Metbuat.az sports.ru-ya istinadən xəbər verir ki, portuqaliyalı futbolçu klub rəhbərliyinə münasib təklif alınacağı təqdirdə satılması istəyi ilə müraciət etdiyi iddia olunur.

Məlumata görə, 37 yaşlı hücumçu karyerasının sonuna kimi hər mövsüm Çempionlar Liqasında çıxış etməyi hədəfləyir. “Mankunianlar” isə bu il turnirdə iştirak etməyəcəklər.

Qeyd edək ki, ötən mövsüm Ronaldo Premyer Liqada 30 oyun keçirib və 18 qol vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR