Apple saatları temperaturu ölçə biləcək.
Metbuat.az xəbər verir ki, bunu“ Bloomberg”in redaktoru Mark Qurman deyib. O bildirib ki, “Apple Watch 8” saatında daxili termometr olacaq.
“Bu ilin payızında satışa çıxarılacaq “Apple Watch” 8-də daxili termometr olacaq. Yeni ağıllı saat istifadəçinin hərarətini ölçə biləcək. Bu funksiya üçün xüsusi bir sensor olacaq. Apple saatları qeyri-adi yüksək temperaturu təyin edərək, qadcet bildirişin köməyi ilə istifadəçiyə göstəricini tibbi termometrlə ölçməyi və ya həkimə müraciət etməyi tövsiyə edəcək”.