"Whatsapp"dan yenilik:

"Whatsapp” istifadəçilərinin gözlədikləri funksiyaları təqdim etməyə davam edir.

Metbuat.az xəbər verir ki, bundan sonra "Whatsapp” istifadə edənlər özlərinin onlayn olduqları barədə məlumatı hamıdan və ya yalnız müəyyən şəxslərdən gizlədə biləcəklər.

Hazırda istifadəçilər sonuncu dəfə aktiv olduqları barədə məlumatı gizlədə bilərlər, lakin onlayn olduqlarını göstərən məlumatın gizlədilməsi isə hələ ki, mümkün deyil.

Bu funksiyanın yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR