Azərbaycan vergi sahəsində 94 beynəlxalq müqavilə bağlayıb

Bu günə qədər vergi sahəsində ümumilikdə 94 beynəlxalq müqavilə bağlanılıb və onlardan 55-ni ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı sazişlər təşkil edir.

Metbuat.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bunu qurumun Beynəlxalq vergitutma və vergi monitorinqi Baş İdarəsinin rəisi Orxan Musayev bildirib.

Onun sözlərinə görə, hazırda ikiqat vergitutma sazişlərinin əhatə dairəsinin genişləndirilməsi üçün Yaponiya, Hindistan, Slovakiya, Portuqaliya və digər ölkələrlə müvafiq müqavilələrin bağlanması istiqamətində işlər görülür. Həmçinin, “Vergi qanunvericiliyinə əməl olunması üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında” 12 ikitərəfli və 5 çoxtərəfli, “Vergi cinayətlərinə qarşı mübarizədə əməkdaşlıq haqqında” 9 ikitərəfli və 1 çoxtərəfli, “Əməkdaşlıq haqqında” 9 ikitərəfli və “Məlumat mübadiləsi sahəsində və vergi tələblərinin alınmasında qarşılıqlı inzibati yardım haqqında” 3 ikitərəfli müqavilələr imzalanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR