Deputatların fikirləri nəzərə alınmır, əksinə qərar verilir -

"Milli Məclisdə səsləndirdiyimiz fikirlər çox zaman nəzərə alınmır və ya tamamilə əksinə qərarlar verilir".

Metbuat.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən növbədənkənar iclasında deputat Fazil Mustafa deyib.

"Quru sərhədləri bağlandı, 10 minlərlə vətəndaş acınacaqlı duruma düşdü. Yüz minlərlə insanın istirahət, müalicə, sağlamlıq hüququ pozuldu. Bu, xüsusilə kasıb əhaliyə aididir. Çünki AZAL-ın təklif etdiyi qiymətlərlə bilet ala bilmirlər. Beləliklə, porblemlər üst-üstə qaldı. Nə qədər bu məsələni qaldırsaq da, qəbul edilən qərarlar əskinə oldu".

Depuat bir müddət əvvəl məktəblərlə bağlı müzakirələrin də nəticəsiz qaldığını vurğulayıb:

"Cəmiyyət 1 sentyabrda tədrisin başlanmasını tələb edir. Mən də bu məsələni dəfələrlə səsləndirdim. Lakin heç bir arqument olmadan israrla bu istiqamətdə addım atılmır. Əvvəlcədən necə olubsa, elə də davam etdirilir. Bu məntiqsiz qərarların dəyişməsinə cəmiyyətdə ehtiyac var".

Fazil mustafa həmçinin bildirib ki, bəzi qaydalar qanunlardan önə keçir.

"Digər məsələ isə məmurların elmi fəaliyyəti qadağan edilməsi ilə bağlıdır. Plagiatın, pul verərək iş yazdırmağın qarşısını alın. Amma yüzlərlə savadlı insan məmurluqdan gedir və dərs demək istəyir. Bu qərarların pozulması birbaşa Konstitusiyanın (30 və 50-ci maddəsi) pozulması deməkdir. Qaydalar qanunlardan nəyə görə önə keçir? Kiminsə kefi və qərarı ilə qərar qəbul etmək insanları sıxıntıya salır. Biz Konstitusiyanın işləməsi üçün optimal mexanizmlər tapmalıyıq ki, vətəndaşları sıxıntıdan qurtara bilək".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR