Zambiyanın qadınlar üzrə futbol komandasının əsas oyunçularından olan Barbra Banda komandadan uzaqlaşdırılıb.

Metbuat.az xəbər verir ki, buna səbəb futbolçunun qanında testosteron səviyyəsinin yüksək çıxmasıdır. Məlumata görə, o, Afrika Qadınlar Kubokunda yer almayacaq. Zambiya Futbol Federasiyası kişi hormonu yüksək çıxan futbolçunun komandaya qaytarılması üçün səylərini davam etdirir.

Bəzi dairələr testin nəticələrinin əsas götürülməsini əsas hesab edir. Bəziləri isə buna qarşı çıxır.