Azərbaycan millisinin və Zaqreb "Dinamo"sunun futbolçusu Mahir Emreli Xorvatiya "Hayduk"a qarşı Xorvatiya Super Kuboku uğrunda oyunu buraxacaq.

Metbuat.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ante Çaçiç açıqlama verib.

O bildirib ki, 25 yaşlı hücumçu zədədən yeni qayıtdığı və hazır olmadığı üçün matçın iştirak ərizəsinə salınmayıb.