Kriştiano Ronaldo “Mançester Yunayted”lə mövsümöncəsi turnirlərə qatılmayacaq.
Metbuat.az "sports.ru"ya istinadən xəbər verir ki, bu barədə klub rəsmi açıqlama yayıb.
Bildirilib ki, portuqaliyalı komanda ilə Tailand və Avstraliyaya getməyəcək.
“Qırmızı şeytanlar”ın rəhbərliyi 37 yaşlı futbolçuya ailə problemlərini həll etmək üçün əlavə vaxt verib. Məhz bu səbəbdən də ulduz oyunçu “Mançester Yunayted”in məşqlərini buraxıb.