Zakir Həsənov Xocavənddə müşavirə keçirdi -

Xocavənd rayonunda səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov burada yeni istifadəyə verilən qərargah binasının açılışında iştirak edib.

Müdafiə Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, müdafiə nazirinə məruzə edilib ki, döyüş əməliyyatları zamanı bölmələrin operativ idarə olunması, eləcə də digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təmin edilməsi üçün yeni qərargahda müasir kommunikasiya və informasiya vasitələri ilə təchiz olunmuş idarəetmə mərkəzi, rabitə qovşağı və digər xidməti otaqlar mövcuddur.

Daha sonra general-polkovnik Z.Həsənov yeni istifadəyə verilən qərargah binasında komandir heyəti və qərargah zabitlərinin iştirakı ilə müşavirə keçirib.

Müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədindəki və Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti geniş təhlil edilib. Müdafiə naziri bölmələrin maddi-texniki və döyüş təminatının gücləndirilməsi, hərbi qulluqçuların xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi, həmçinin şəxsi heyətin sayıqlığının artırılması barədə konkret tapşırıqlar verib.

Sonra yeni yaradılan Əməliyyat (Komando) hərbi hissələrinin fəaliyyətinə dair məruzələr dinlənilib və komandoların döyüş hazırlığına xüsusi diqqət yetirilməsi barədə müvafiq göstərişlər verilib.

Sonda hərbi xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR