Mikayıl Cabbarov Avropa qurumları ilə tərəfdaşlıq istiqamətlərini müzakirə edib -

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunda Şərq Qonşuluğu və İnstitusional Quruculuq üzrə direktor Lourens Mereditlə görüşüb.

Metbuat.az-a Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, görüşdə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının, xüsusilə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb, prioritet investisiya sahələrinin müəyyənləşdirilməsi üzrə işçi qrupunun yaradılması, özəl və dövlət sektorlarında sərmayə imkanları və potensial layihələr, həmçinin işğaldan azad edilmiş ərazilərimizin bərpası layihələrinin maliyyələşdirilməsi məsələləri müzakirə edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR