"Barselona"nın ulduz futbolçusu "Galatasaray"da:

“Galatasaray” “Barselona”nın yarımüdafiəçisi Miralem Pyaniçlə razılığa gəlib. Metbuat.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, futbolçu türk klubunun təklifini qəbul edib.

Hazırda “Barselona” klubu ilə məşq edən futbolçu, baş məşqçi Xavi Hernandezin yekun qərarını gözləyir. Xavi müdafiəçini heyət oyunçusu kimi qəbul etməsə, o yenidən Türkiyəyə qayıdacaq. İddia edilir ki, Xavi Pyaniçi komandada düşünmür.

Qeyd edək ki, ötən mövsüm Pyaniç icarə əsasında “Beşiktaş” klubunda forma geyinib. Pyaniç "Barselona"nın uğursuz transferlərindən hesab edilir. O "Yuventus"dan 60 milyon avroya transfer olunmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR