Yenə ağzına gələni danışdı: Dövlət televiziyasının

Təxribatçı açıqlamaları ilə diqqət çəkən Rusiyanın dövlət televiziyasının spikeri Olqa Skabeeva növbəti dəfə təhdid dolu fikirlər səsləndirib.

Metbuat.az xəbər verir ki, o, “60 dəqiqə” proqramında bildirib ki, Rusiya Qərbin Ukraynaya silah dəstəyindən narahatdır:

“Allah qorusun! Əgər amerikalılar mənzili 300 kilometrə çatan raketləri Ukraynaya göndərsə, Rusiya dayanmayacaq. Varşavaya qədər gedərik”.

Qeyd edək ki, ABŞ Ukraynaya göndərdiyi “HİMARS” raketlərinin mənzili 80 kilometrdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR