Azərbaycan xalçalarında istifadə edilən çeşnilər bəzən icazəsiz götürülür.

Metbuat.az xəbər verir ki, bunu “Azərxalça” ASC-nın istehsalat direktoru Əlisəfa Nuriyev deyib:

"Çinin “Yuland” firması bir dəfə mənə xalça təklif etdi. Xalçaya baxdım və gördüm ki, həmin xalça “Çələbi” çeşniləri ilə toxunmuşdu. Azərbaycanın aidiyyatı qurumları ilə “Yuland” firması arasında əlaqələr olsa da, “Azərxalça” ASC olaraq biz həmin firmaya Azərbaycan çeşnilərinin istifadə hüququnu verməmişik".

Əlisəfa Nuriyev həmçinin qeyd edib ki, Azərbaycanın bütün regional xüsusiyyətlərinin təzahür olunduğu naxışlar xalçalar üzərinə toxunsa da, hazırda Qarabağ çeşniləri ilə toxunan xalçalara üstünlük verilir.

Gülər Seymurqızı