İki Avropa ölkəsi arasında ŞOK GƏRGİNLİK:

Xorvatiya Serbiya Prezidenti Aleksandr Vuçiçin ölkəyə daxil olmasına qadağa qoyub.

Metbuat.az xəbər verir ki, bu barədə Xorvatiyanın Xarici İşlər Nazirliyi açıqlama yayıb. Bildirilib ki, buna səbəb serblərin diplomatik əməkdaşlıq protokollarını pozmasıdır. Xorvatiya tərəfi bildirir ki, Vuçiçin səfəri barədə onlara məlumat verilməyib. Onlar səfər barədə məlumatı rəsmi olmayan mənbələrdən əldə ediblər. Qeyd edək ki, Aleksandr Vuçiçin ikinci dünya müharibəsinə aid Yasenovaç məbədini ziyarət etmək üçün Xorvatiyaya səfəri planlaşdırılmışdı.

Yasenovaç düşərgəsi müharibə dövründə döyüşçülərin toplanıldığı düşərgə idi. Serbiya tərəfi bildirir ki, ötən il Serbiyadan yüzlərlə diplomat heç bir məlumat vermədən Yasenovaç məbədini ziyarətə gedib. Serbiya Xorvatiyanın qərarının cavabsız qalmayacağını açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR