Paulo Dibalanın yeni klubu bəlli olub

Ötən mövsümün sonunda İtaliya "Yuventus"undan ayrılan Paulo Dibala "Roma"ya keçib.

Metbuat.az xəbər verir ki, argentinalı hücumçu "canavarlar"la 3 illik müqavilə imzalayıb.

29 yaşlı forvard yeni komandasında 21 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Paulo Dibala 2015-ci ildən "Yuventus"un şərəfini qoruyurdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR