Vatsap bu funksiyanı aktiv etdi

"Whatsapp" istifadəçiləri “Android” əməliyyat sistemindən iOS-a keçərkən messencer məlumatlarını ötürə biləcəklər.

Metbuat.az xəbər verir ki, bu barədə “XDA-developers” portalı məlumat yayıb.

Belə ki, bu yeniliklə hesab məlumatları, profil şəkli, şəxsi və qrup söhbətləri, media faylları və ayarları bir əməliyyat sistemindən digərinə ötürməyə imkan yaranacaq.

Bunun üçün İstifadəçi “Android” smartfonundan “iPhone” keçirsə, birinciyə “iOS-a köçürmə” tətbiq-proqramını quraşdırılmalıdır, “iPhone” isə zavod parametrlərinə qədər sıfırlanmış və ya tamamilə yeni olmalıdır. Bundan əlavə, hər iki cihaz eyni Wi-Fi şəbəkəsinə qoşulmalıdır.

Qeyd edək ki, keçən il belə funksiya “Samsung” istifadəçiləri üçün yaradılmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR