Dünyaca məşhur "Batman" komiksinin yazarı

Əsasən 80-90-cı və 2000-ci illərdə məşhur "Batman" komiksi ilə tanınan Alan Qrant 73 yaşında vəfat edib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, onun öldüyünü həyat yoldaşı "Facebook"da yazdığı qısa yazıda təsdiqləyib. Ölüm səbəbi göstərilməsə də, Qrantın bir müddətdir xəstə olduğu bildirilib.

Qeyd edək ki, Şotlandiyalı Alan Qrant əfsanəyə çevrilmiş komiks yazarı idi. O, "Tarzan", "Batman", "Judge Dredd" və başqa bir çox məşhur komikslərin yazarı olub.

Bir müddət xəstə olsa da, Alan komiks yazmağa davam edirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR