Rusiya dost olmayan dövlətlərin siyahısını genişləndirdi

Rusiya hökuməti dost olmayan dövlətlərin siyahısını genişləndirib.

Metbuat.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkənin Baş naziri Mixail Mişustin müvafiq sərəncam imzalayıb.

Siyahıya Yunanıstan, Danimarka, Sloveniya, Xorvatiya və Slovakiya daxildir.

Bundan əvvəl Rusiya hökuməti Federasiyaya qarşı dost olmayan hərəkətlər edən dövlətlərin və ərazilərin siyahısını təsdiqləyib. Siyahıya Avstraliya, Britaniya, İslandiya, Kanada, Yeni Zelandiya, Norveç, Koreya Respublikası, ABŞ, Tayvan, Ukrayna, İsveçrə, Yaponiya və s. daxil edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR