Dünya şöhrətli idmançı

Dünya şöhrətli Yapon fiqurlu konkisürmə ulduzu Yuzuru Hanyu yarışlardan təqaüdə çıxdığını açıqladı.

Metbuat.az "Kyodo" agentliyinə istinadən xəbər verir ki, fevral ayında Pekin Oyunlarında ardıcıl üçüncü Olimpiya qızıl medalını itirdikdən sonra 27 yaşlı dünya çempionunun bir daha buz üzərində yarışıb-yarışmayacağı mövzusu sual altında qalıb.

Tokyoda mətbuat konfransı zamanı o, "Mən artıq digər rəqiblərlə müqayisə edilə bilməyəcəm. Nəticələrə gəlincə, əldə edə biləcəyim hər şeyə nail oldum" - deyib.

2020-ci il Pekin Qış Olimpiya Oyunlarında ayaq biləyindən aldığı zədəsi sağalmadığı üçün mart ayında dünya çempionatından da imtina edib.

Qeyd edək ki, Yuzuru Hanyu 2013-cü ildə ardıcıl dörd Qran Pri Finalının qalibi və altı qat ölkə çempionu olub. O, Avropa və ya ABŞ-dan olmayan Olimpiya oyunlarında qalib gələn ilk kişi fiqurlu konkisürən idi.

Hanyu karyerası ərzində klassik, yapon və ya hətta rok musiqisi ilə hazırlanmış xoreoqrafiyalarla yanaşı, özünəməxsus xoreoqrafik üslubla çıxış edib.

O, 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarında qızıl medal qazanaraq Yaponya tarixində ilkə imza atıb. Hanyu həmin il 23 yaşında Yaponiya hökumətinin Xalq Şərəf Mükafatının ən gənc laureatı olub.

Xatırladaq ki, idmançı 2020-ci ilin Pekin oyunlarında dördüncü olub. Pekində uğursuz yarışlarından sonra Hanyu gələcəyi və karyerası haqqında düşünmək üçün vaxta ehtiyacı olduğunu söyləyib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR