İlin futbolçu mübadiləsi: Ronaldonun transferi açıqlanır

İspaniyanın "Atletiko" klubu Kriştiano Ronaldonu transfer etmək üçün fransız hücumçu Antuan Qrizmanı komandadan göndərmək istəyir.

Metbuat.az xəbər verir ki, bu barədə bu barədə “The Times”a məlumat yayıb.

Bildirilir ki, Madrid klubu 37 yaşlı portuqaliyalı hücumçunun transferini təmin etmək üçün klubun ulduzlarından birini satmalı olacaq. İspaniya çempionatının maliyyə qaydaları hər iki futbolçuya maaş ödəməyə imkan verməyəcək. Qrizmana iddialı olanlardan biri də Fransanın “Pari Sen-Jermen” klubudur.

İddia edilir ki, Qrizman özü isə PSJ-yə getmək istəmir. Fransız təmsilçisində rəqabət olduğuna görə, Qrizman ehtiyatda qalacağını güman edir. Məlumata görə, "Atletiko" Qrizman- Ronaldo dəyişikliyini etmək üçün "Mançester Yunayted"lə danışıqlar aparır.

Bununla yanaşı, "madridlilər"in düşərgəsində portuqalın keçidi ilə bağlı şübhələr var. Məsələ burasındadır ki, Ronaldo uzun müddət "Atletiko"nun rəqibi olan "Real Madrid"də oynayıb. Buna görə də, hücumçunun transferi azarkeşlər tərəfindən etirazla qarşılana bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR