"Avroviziya" mahnı müsabiqəsinin 2023-cü ildə Böyük Britaniyada keçiriləcəyi rəsmiləşib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, rəhbərlik müharibə şəraitində olan Ukraynanın musiqi yarışmasını keçirmək üçün kifayət qədər təhlükəsiz olmadığına qərar verdi və ikinci yeri tutan Britaniya gələn ilin ev sahibi kimi təsdiqləndi.