AMEA AZTV-nin onları sərt tənqid etdiyi süjetini nəyə görə paylaşıb? -

Xəbər verdiyimiz kimi, Azərbaycan Televiziyası Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlı tənqidi sujet hazırlayıb. Süjetdə Akademiyanın uğursuz fəaliyyətindən bəhs edilib. Maraqlısı budur ki, Elmlər Akademiyası bu süjeti heç bir açıqlama olmadan öz rəsmi saytında yayımlayıb.

Metbuat.az-ın sorğusuna cavab olaraq AMEA Rəyasət Heyətinin mətbuat katibi Azadə Balayeva bildirdi ki, Akademiyanın işləri barədə yayımlanan bütün məlumatlar rəsmi səhifələrində paylaşılır.

"Akademiya ilə bağlı harada süjetlər, reportajlar gedirsə, biz onu yerləşdiririk. Burada nə var ki? Tənqid olunanı da, yaxşını da, pisi də yerləşdiririk. Burada narahat olacaq bir şey yoxdur".

Həmçinin o sosial şəbəkələrdə istifadəçilərin "AMEA videoya baxmadan süjeti yerləşdirib" fikirlərinə də münasibət bildirib: "Materiala baxılmadan da video paylaşılar heç", - deyə AMEA rəsmisi bildirib.

Gülər Seymurqızı

Həmçinin oxuya bilərsiniz: AZTV-nin AMEA-nı "yıxıb-sürüyən" süjeti Akademiyanın rəsmi saytında - FOTOFAKT


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR