BMqT Dövlət Miqrasiya Xidməti ilə birgə təlimlər keçirir -

İyulun 25-29 tarixləri aralığında BMqT-nin Azərbaycan nümayəndəliyi Dövlət Miqrasiya Xidməti (DMX) ilə birgə “Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində regional ölkələrinin təlimçiləri üçün 5 günlük təlim keçirir.

Tədbir BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev və Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov açılış nitqləri ilə başladı.

Açılış nitqində, Qyorqiyev, region ölkələrinin miqrasiya qurumlarının nümayəndələrinin və təlimçilərin toplaşdığı bu təlimin iştirakçıların MRTM-nin miqrasiya idarəçiliyi kurikulumunu öyrənməyə, miqrasiya sahəsindəki məlumat, bilik və ən yaxşı təcrübələrini bölüşməyə imkan yaratığı üçün mühüm əhəmiyyət daşıdığını qeyd etdi. Layihənin uğurlu icrasının region ölkələrinin miqrasiya sahəsində bilik və təcrübələrin mübadiləsi ilə müşayət olunan sıx əməkdaşlığı şəraitində mümkün olduğunu qeyd edən Vladimir Qyoqriyev, məhz belə təlimlərin iştirakçıların bilik və təcrübəsini artırmağa imkan verməklə Miqrasiya üzrə Təlim Mərkəzinin uğurlu fəaliyyətinə zəmin yaratdığını vurğuladı.

Açılış mərasimində çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov təlimlərə qatılmış region ölkələrinin miqrasiya üzrə mütəxəssis və təlimçilərinin yaxın gələcəkdə regionda miqrasiya üzrə bilik və bacarığın tədrisi sahəsində aparıcı qüvvə və bu miqrasiya üzrə savadlılığın artırılması sahəsində katalizator rolunu oynayacaqlarını qeyd etdi.

Təlim zamanı Azərbaycan, Belarus, Qazaxstan, Moldova, Gürcüstan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tajikistan daxil olmaqla region ölkələrindən olan iştirakçılar təlim dövrü və təlimçinin rolu, təlimin keçirilməsi qaydaları və modulları haqqında biliklərini genişləndirmək, ən yaxşı təlim təcrübələri ilə tanış olmaq imkanı qazanacaqlar. Bundan əlavə, təlim iştirakçılara təlim strategiyalarının planlaşdırılması, məlumatı səmərəli çatdırmaq üçün təqdimat və iştirakçıların təlimdə fəal iştirakını təşviq etmək bacarıqlarını inkişaf etdirməyə kömək edəcək.

BMqT-nin Azərbaycan nümayəndəliyi və DMX tərəfindən BMqT-nin İnkişaf Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda miqrasiya üzrə regional təlim mərkəzinin yaradılmasına dəstək” layihəsi regionda miqrasiya sahəsində hökümətlər və maraqlı tərəflər arasında geniş məlumat mübadiləsi, araşdırma və dialoqa xidmət edəcək miqrasiya üzrə regional təlim mərkəzi vasitəsilə Azərbaycan, MDB və digər xarici ölkələrdə miqrasiya idarəçiliyi sahəsində regional təhsil potensialını və əməkdaşlığı artırmağı hədəfləryir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR