Kim Çen In xəbərdarlıq etdi:

Kim Çen In ABŞ və Cənubi Koreyaya qarşı nüvə silahından istifadə etməyə hazır olduğunu bildirib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya çox güman ki, bu yay bu iki ölkəyə qarşı təhdidlərini gücləndirəcək

Güman edilir ki, Şimali Koreya müttəfiqlərin hərbi təlimlərini işğal məşqi kimi qiymətləndirir

Şimali Koreya lideri dünən 1950-53-cü illər Koreya müharibəsinin başa çatmasının 69-cu ildönümündə müharibə veteranları qarşısında çıxış edib. Kim Çen In deyib: "Silahlı qüvvələrimiz istənilən böhrana cavab verməyə tam hazırdır".

Onun sözlərinə görə, Cənubi Koreya ilə birgə hərbi təlimləri ABŞ-ın "ikili standartları" və "qanqster" mövqeyini göstərdi. Çünki ABŞ Şimali Koreyanın adi hərbi fəaliyyətlərini - onun raket sınaqlarını təxribat və ya təhdid kimi qələmə verir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR