NASA "Mars Nümunə Qaytarma Proqramı" üçün "Qırmızı planet"ə iki minihelikopter göndərəcək.
Metbuat.az NASA-ya istinadən xəbər verir ki, bu helikopterlər Marsdan süxur nümunələrinin gətirilməsi üçün hazırda fəaliyyət göstərən "Preservance" kosmik gəmisinə dəstək olaraq göndəriləcək.
"Earth Return Orbiter" və "Sample Retrieval Lander" adlı qurğuların müvafiq olaraq 2027-ci ilin payızında və 2028-ci ilin yayında Marsa getməsi planlaşdırılır. Nümunələrin isə 2033-cü ildə Yerə çatması gözlənilir.