Ölkəmizə gələn turistlər ən çox bu rayonlara gedirlər

Azərbaycana gələn turistlərin 80 faizi Bakı şəhərinə üstünlük verirlər.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.

Belə ki, ölkəyə gələn hər 100 tursitdən cəmi 20-si Bakıdan kənara, rayonlara gedirlər. Turistlərin ikinci ən çox üstünlük verdiyi rayon Qəbələdir. Azərbaycana gələnlərin 6,2 faizi sözügedən rayonda qalıblar.

Bütövlükdə isə tursitlərin 4,5 faizi Qusarda, 3,1 faizi Qubada, 2,3 faizi Naftalanda, 1,1 faizi Şabranda, 0,7 faizi Naxçıvan Muxtar Respublikasında, 2,2 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda gecələyiblər.

Bizi teleqramdan izləyin: https://t.me/metbuat


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR