Dünyanın ən gözəl qadını o seçildi -

"Nubia" jurnalı tərəfindən 5 ay davam edən "Dünyanın Ən Gözəl Qadını" qlobal sorğusu başa çatıb.

Metbuat.az xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən 20 gözəl qadın məşhurun iştirak etdiyi anketdə Cənubi Koreyalı müğənni, aktrisa və model Kim Cisu 2022-ci ilin ən gözəl qadını seçilib.

İkinci yerdə məşhur tayvanlı müğənni Çjou Tzuyu, üçüncü yerdə isə taylandlı müğənni, rəqqasə və reper Lalisa Manoban qərarlaşıb.

Qeyd edək ki, "Nubia" jurnalının sorğusuna ümumilikdə 116 ölkədən 1 milyondan çox səs verilib. Sorğunun qalibi Kim Cisu isə ümumilikdə 98 ölkədən 500 min səs toplayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR