74 yaşında vəfat edən Azərbaycanın xalq artisti Səməd Səmədovun qəbirüstü abidəsi qoyulub.
Metbuat.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Qeyd edək ki, Xalq artsiti Səməd Səmədov 2021-ci il iyulun 24-də koronavirusdan dünyasını dəyişib.
Tanınmış estrada müğənnisi Səməd Səmədov 1946-cı il sentyabrın 17-də Aşqabadda anadan olmuşdu. 1988-ci ildən toylarda çıxış edən S.Səmədov əhali arasında "Toylar Kralı" kimi tanınırdı. O, 2011-ci ildə "Xalq artisti" fəxri adına layiq görülmüşdü.

