"WhatsApp"da yeni funksiya olacaq

“WhatsApp” istifadəçilərini yeni funksiya ilə təchiz etməyi planlaşdırırlar.

Metbuat.az xəbər verir ki, artıq messencerdə qrup idarəçiləri üçün mesajların silinməsi ilə bağlı yeni seçim olacaq. Bu seçim sayəsində qrup idarəçiləri söhbətdəki bütün digər istifadəçilər üçün mesajlarını silə biləcəklər. Həmçinin bununla bağlı iştirakçılar bildiriş alacaqlar.

Bu funksiya hazırda bəzi “beta” istifadəçiləri üçün əlçatandır.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR