ABŞ-ın Nüməyəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri Çində sərt etirazla qarşılanıb.
Metbuat.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin Silahlara Nəzarət Departamentinin direktoru Fu Çun bildirib ki, Pekin Tayvanla sülh şəraitində birləşmək üçün hər şey edəcək. Fu Çun sülhün olmayacağı təqdirdə hərbi müdaxiləni da istisna etməyib.
Qeyd edək ki, Çin Xarici İşlər Nazirliyi Nensi Pelosinin Tayvana səfərinə görə ABŞ-ın Pekindəki səfirini çağırıb və ona etiraz edib. Çinin xarici işlər nazirinin müavini Se Fen bildirib ki, Pelosi “vahid Çin” prinsipini pozaraq qəsdən təxribat törədib.