Çin ABŞ-ın Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri ilə bağlı sanksiyalar tətbiq edib.
Metbuat.az xəbər verir ki, Çin Tayvandan sitrus meyvələrinin və iki növ balığın idxalını dayandırıb. Bu, Pekinin Tayvana qarşı ilk iqtisadi sanksiyasıdır. Çin tərəfi bəyan edib ki, Pelosinin səfəri Çinin suverenliyinə təhlükədir.
Qeyd edək ki, Tayvanın əsas gəliri ixrac etdiyi məhsullar hesabınadır.