"Qalatasaray"dan transfer "bombası" -

“Qalatasaray” klubu Belçika millisinin ulduz futbolçusu Dris Mertensi transfer etməyə yaxındır.

Metbuat.az xəbər verir ki, bu barədə “Sporx” qəzeti məlumat yayıb. Bildirilir ki, Mertensin “Napoli” ilə müqaviləsi başa çatıb. O, azad agentdir. Məlumata görə, futbolçunu almaq üçün rəqabət var. “Yuventus” klubu da futbolçuya təklif göndərib. Mertens “Yuventus”da əsas heyətə düşə bilməyəcəyini güman etdiyinə görə, “Yuventus”a keçməyə ehtiyatla yanaşır. 35 yaşlı futbolçu “Qalatasaray”ın təklifini rədd etməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR