Dünya birjalarında neft və qazın qiyməti nə yerdədir?

Dünya bazarında neftin qiyməti artıb.

Metbuat.az xəbər verir ki, "ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2022-ci ilin oktyabr müqaviləsinin dəyəri 0,19 artaraq 1 barelə görə 96,78 dollar təşkil edib.

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında bu ilin sentyabrında ixrac etməklə "WTI" (Qərbi Texas) markalı neftin 1 barelinin qiyməti 0,26% artaraq 90, 82 dollar təşkil edib.

Təbii qazın isə qiymətində azalma qeydə alınıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.

Sentyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,06% azalaraq 8,26 ABŞ dolları təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR