Ukrayna ordusu təşəbbüsü ələ keçirdi: Ruslar planları dəyişməyə məcbur qalıb -

“Ukrayna müharibədə üstünlüyü ələ keçirir”.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu hesabat yayıb. Hesabatda bildirilir ki, Ukraynanın strateji üstünlüyü ələ keçirməsi rusları qüvvələri yenidən bölüşdürməyə və planlarını dəyişməyə məcbur edib. Bildirilir ki, Ukrayna ordusunun əks-hücumlarına cavab olaraq Rusiya qüvvələrini əsasən Xerson və Zaporojye vilayətinə cəmləyir. Məlumata görə, Rusiya ordusu Luqansk vilayətini ələ keçirmək üçün istiqaməti dəyişib.

Qeyd edək ki, Ukrayna ordusu Xersonda 50-dən çox yaşayış məntəqəsini azad edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR