İstanbul boğazında qorxulu anlar:

İstanbul boğazında iki gəmi toqquşub.

Metbuat.az TRT Haber-ə istinadən xəbər verir ki, Marşal Adaları bayrağı altında üzən türk şirkətinə məxsus “SSI PROVIDENCE” adlı gəmi ilə Liberiya bayraqlı “PHILIPP OLDENDORFF” yük gəmisi toqquşub.

Hadisəyə səbəb gəmilərdən birinin digər gəmiyə tərəf qəfil hərəkəti olub. Həmin vaxt “SSI PROVIDENCE” adlı gəmiyə qayıqla ləvazimat daşınırmış. Qayıqdakı işçilər iki gəmi arasında qalmaqdan son anda xilas olublar.

Qəzada ölən və ya xəsarət alan olmasa da gəmilərə ziyan dəyib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR