Politico:

"Çin hərbi komandanlığının nümayəndələri Tayvan ətrafında vəziyyətin gərginləşməsi fonunda Vaşinqtonun onlarla əlaqə saxlamaq cəhdlərinə cavab vermir"

Metbuat.az xəbər verir ki, bu barədə cümə günü "Politico" qəzeti məlumat yayıb. Bildirilir ki, həftə ərzində Çin ordusunun yüksək səviyyəli rəsmiləri amerikalı həmkarlarının, o cümlədən müdafiə naziri Lloyd Ostin və ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Millinin çoxsaylı zəngləri ilə cavabsız qalıb. Qəzet yazır ki, ABŞ rəsmiləri "Çinin susması onsuz da gərgin vəziyyətin gərginləşməsi riskini artırır" deyə qorxuya düşüblər.

Nəşr xatırladır ki, ABŞ və Çin Silahlı Qüvvələrinin baş qərargah rəisləri arasında sonuncu dəfə təmas iyulun 7-də Milli ilə Çin Xalq Azadlıq Ordusunun Birləşmiş Qərargahının rəhbəri Li arasında videokonfrans zamanı yaradılıb. "Politico"nun vurğuladığı kimi, ABŞ hərbi rəhbərliyi tammiqyaslı hərbi münaqişənin qarşısını almaq üçün "hətta Çin kimi potensial düşmənlərlə" ünsiyyət qurmağa hazırdır.

Qeyd edək ki, cümə günü Pekin ABŞ hökumət iyerarxiyasında üçüncü ən yüksək mövqe tutan ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Taybeyə səfəri ilə əlaqədar ABŞ ilə səkkiz əməkdaşlıq mexanizminin dayandırıldığını və ya ləğv edildiyini açıqlayıb . Bura hərbi idarələrin nümayəndələrinin görüşlərinin ləğvi, regional hərbi komandanlıqlar arasında birbaşa əlaqə xəttinin dayandırılması, dəniz təhlükəsizliyi mexanizmi çərçivəsində qarşılıqlı fəaliyyətin dayandırılması, həmçinin iqlim dəyişikliyi və qeyri-qanuni narkotiklərlə mübarizə daxildir.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR