24 dəfə əməliyyat olunan qazi ata oldu -

Vətən müharibəsində Füzuli, Cəbrayıl, Xocavənd, Suqovuşan istiqamətində qəhrəmancasına döyüşən, aldığı xəsarətlər səbəbindən 24 dəfə əməliyyat olunan Ayxan İsayev ata olub.

Metbuat.az Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu tərəfindən qazi Ayxan İsayevin həyat yoldaşı Bahar İsayeva hamiləlik müddətində xüsusi nəzarət altında olub.

Hamiləlik müddətində müxtəlif problemlərlə qarşılaşan B.İsayeva bir neçə dəfə stasionar şəkildə institutda müalicəsini davam etdirib. Daha sonra isə ona davamlı ambulator müalicələr tətbiq olunub.

Hamiləliyin 39-cu həftəsində olmasına baxmayaraq, dölün inkişafında ləngimələrin olması və dopler müayinəsi zamanı aşkar olunan problemlərə görə həkim mama-ginekoloq Gülnarə Əzimova tərəfindən təcili olaraq qeysəriyyə kəsiyi əməliyyatı icra olunub.

Qazi Ayxan İsayevin çəkisi 2 kilo 550 qram, boyu 48 santimetr olan sağlam oğul övladı dünyaya gəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR