Azərbaycan yığmaları növbəti görüşlərini keçirəcək

Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın kişi və qadınlardan ibarət milli komandaları bu gün növbəti oyunlarını keçirəcək.

Metbuat.az xəbər verir ki, IX turda kişi şahmatçılar Hindistanın 2-ci komandası ilə, qadınlardan ibarət yığma isə Monqolustanla görüşəcək.

Qarşılaşmalar Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Ümumdünya Şahmat Olimpiadası

IX tur

Hindistan-2 - Azərbaycan

Qukeş Dommaracu - Şəhriyar Məmmədyarov

Nixal Sarin - Rauf Məmmədov

Rameşbabu Praqqnanandha - Vasif Durarbəyli

Raunak Sadvani - Nicat Abbasov

Qadınlar

Azərbaycan - Monqolustan

Günay Məmmədzadə - Enhtul Altan-Ulzi

Xanım Balacayeva - Bayarjarqal Bayarmaa

Gövhər Beydullayeva - Turmunk Munheul

Gülnar Məmmədova - Bat-Erdene Munquneul

Qeyd edək ki, hazırda kişilərdən ibarət milli komanda 13 xalla 6-cı, qadın şahmatçılar isə 12 xalla 8-ci pillədə qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR