Yaponiya Rusiyaya hücum edə bilər:

“Rusiya və Çin donanmalarının Şərqi Çin və Yaponiya dənizində genişmiqyaslı hərəkəti Yaponiyada milli təhlükəsizliy səbəbindən narahatlıqları artıraraq gərginlik yaradır”.

Metbuat.az xəbər verir ki, bu fikirləri politoloq, şərqşünas Nikolay Vavilov deyib. O düşünür ki, Çinlə ittifaq Rusiyaya qarşı əməliyyatlara səbəb ola bilər.

Nikolay Vavilov

“Çin ilə birgə dəniz təlimləri keçirdik. Biz Hokkaydo və Honshu arasında keçdik. Bu da Yaponiyaya çox zərər verdi. Strategiyamız Çinin şimal arxası olmağımıza əsaslanır. Genişmiqyaslı əməliyyat zamanı enerji təchizatı bloklanacaq. Biz Çin iqtisadiyyatı və ordusu üçün əsas enerji mənbəyi olacağıq”, - deyə alim bildirib.

Vavilov qeyd edib ki, Yaponiya təkbaşına münaqişə yaratmayacaq, lakin Tokio Avstraliya, Böyük Britaniya və ABŞ-dan ibarət “AUKUS” müdafiə alyansına qoşulsa, Yaponiyadan qabaqlayıcı zərbənin endirilməsi ehtimalı dəfələrlə artacaq.

Qeyd edək ki, bundan əvvəl Yaponiya hökuməti Rusiyaya təqdimat göndərərək Rusiyanı Kuril adalarının cənub hissəsində avqustun 30-dan sentyabrın 5-dək planlaşdırılan “Vostok-2022” hərbi təlimləri keçirməməyə çağırıb. Yaponiya Nazirlər Kabinetinin nümayəndəsinin bəyanatına görə, Rusiya ordusunun regionda fəallaşması Tokionun narahatlığına səbəb olur. Amma Rusiya Xarici İşlər Nazirliyi bu çağırışdan imtina edib və Kuril adalarının Rusiyanın suveren ərazisi olduğunu vurğulayıb.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR