Ukrayna Rusiya neftinin Avropaya nəqlini dayandırdı

Ukraynanın dövlət şirkəti “Ukrtransnafta” xammalın Macarıstan, Çexiya və Slovakiyaya çatdırıldığı “Drujba” neft kəmərinin cənub qolundan neft nəqlini dayandırıb.

Metbuat.az xəbər verir ki, şirkət avqustun 4-də səhər saatlarında Rusiya neftinin Avropaya nəqlini dayandırıb. Transneft təsdiq edib ki, Rusiya tərəfi Aİ sanksiyaları çərçivəsində ödəniş edə bilmədiyi üçün tranzit dayanıb.Transneft-in prezidentinin müşaviri İqor Demin bildirib ki, hazırda Belarus vasitəsilə Polşa və Almaniya istiqamətində neft nəqli davam edir.

O qeyd edib ki, Ukrayna şirkəti 100% ilkin ödəniş əsasında işləyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR