Rusiya neftinin Ukraynadan tranziti bərpa olunur -

Avropa banklarından biri Rusiya neftinin Ukrayna ərazisindən tranziti üçün ödəniş etməyə razılaşıb.

Metbuat.az xəbər verir ki, bu barədə Slovakiyanın Slovnaft zavoduna istinadən "Reuters" agentliyi məlumat yayıb. Əgər ödəniş bütün tərəflər tərəfindən təsdiqlənərsə, bu, Çexiyaya neft tədarükünün bərpası istiqamətində bir addım olacaq.

Qeyd edək ki, Transneftdən daha əvvəl bildirilmişdi ki, avqustun 4-də “Ukrtransnafta” Rusiya Federasiyasından “Drujba” neft kəməri sisteminin cənub qolu vasitəsilə Macarıstan, Çexiya və Slovakiyaya neft nəqlini dayandırıb. Buna səbəb Rusiya tərəfinin Aİ sanksiyaları çərçivəsində tranzit üçün ödəniş edə bilməməsi olub.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR