İranlı iş xanımı Atefeh Kərimi Azərbaycanda mükafata layiq görüldü - FOTO

Atefeh Kərimi-İsfahan şəhərində ilk və yeganə Aka Lash brendinin sahibidir.

"Aka Lash school"un təsisçisi və müəllimi olan Atefeh Kərimi həmçinin, İsfahan Ticarət Palatasının üzvüdür.

O, müxtəlif yerli və xarici akademiya və təşkilatlardan 100-dən çox beynəlxalq sertifikatın sahibdir. İsfahan şəhərinin ən gənc aparıcı sahibkarının təsisçisi olduğu akademiyada 20-dən çox aktiv işçi heyəti var. Bundan başqa müxtəlif şəhərlərdə onun mərkəzinə dərs almaq üçün tələbələr gəlir.

Atefeh Kərimi- sahəsi üzrə 11 illik təcrübəyə malikdir və bu sahə üzrə bir vəsaitin müəllifidir. İllərin verdiyi təcrübə onu öz işinin peşəkarı edib.

Atefeh Kərimi 30 iyun 2022-ci il tarixində Golden People Awards layihəsində, mükafata layiq görülüb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR