Tanınmış fələstinli moda dizayneri Azərbaycanın ən prestijli mükafatlandırma gecəsində təltif olundu - FOTOLAR

Fələstinli moda dizayner İhab Jiriys öz ölkəsində gecə geyimləri və Couture geyim brendinin sahibidir.

Uşaqlıqdan modaya olan həvəsi onu Şenkar Kollecinə gətirib. İhab Jiryis burda moda dizaynı üzrə təhsil alıb.

Artıq 12 ildir ki, o, "Avant Grade" brendinin sahibidir. Öz işinin peşəkarı olmaq üçün sahəsi üzrə təhsilini davam etdirib.

İhab Jiryis bir modelyer kimi geyimin gücünə inanır. Onun fikrincə geyindiyimiz geyim bizim haqqımızda danışır və şəxsiyyətimizi əks etdirir. İhab Jiryis hesab edir ki, geyimin xarakteri kiçik detallardan və yüksək keyfiyyətli materialdan qaynaqlanır. İhabın kolleksiyaları unikal yeniliklərlə və dizaynlarla zəngin olduğu üçün hər zaman rəğbətlə qarşılanıb. İhab Jiryis hesab edir ki: "geyim ikinci dərimizdir, təbii dəri isə orqanikdir və onu qoruyan möhtəşəm bir örtüyə ehtiyac var".

Tanınmış moda dizayneri 30 iyun 2022-ci il tarixində Golden People Awards layihəsində, ilin uğurlu moda dizayneri nominasiyasına layiq görülmüşdür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR