"Vüsalə göyçək qızdır, amma belə şeyləri qəbul etmirəm" - Roza Zərgərli

Müğənni Roza Zərgərli aparıcılar Vüsalə Əlizadə və Nanə Ağamalıyeva haqda sualları cavablandırıb.

Metbuat.az olay.az-a istinadən xəbər verir ki, ifaçı “Nahara az qala” verilişində Vüsalənin acı dil olduğunu bildirib:

“Vüsalə çox gözəl, göyçək qızdır. Yaxşı aparıcıdır. Amma onda şirinlik çatışmır. Mənim dostumdur, heç kəs məndən inciməsin. Neçə dəfə olub ki, efir başlayana yaxın deyib ki, heç kəs mənə yaxınlaşmasın, efirə hazırlaşıram. Mən belə şeyləri qəbul etmirəm”.

Zərgərli Nanə haqda isə şərh bildirmək istəməyib:

“Nanə Ağamalıyeva haqda bir şərhim yoxdur. Aparıcılığına diqqət yetirməmişəm”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR