“Fənərbaxça” İspaniyadan ulduz futbolçu gətirir:

Hücumçu axtarışında olan “Fənərbaxça” klubu Maksi Qomezi transfer etmək üzrədir.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti məlumat yayıb. Bildirilir ki, “Fənərbaxça” hücumçunun özü ilə razılıq əldə etsə də, klubu ilə danışıqlar davam edir. Türkiyə təmsilçisi “Valensiya”ya 10 milyon və bonuslar təklif edib. İspanlar isə 12 milyon tələb edir.

Məbləğ arasında çox fərq olmadığı üçün tərəflərin razılığa gələcəyi deyilir. Türklər hücumçu ilə 2,4 milyon məvacib qarşılığında 4 illik razılaşma əldə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR