Rusiya Krım körpüsünü bağladı:

Rusiya hərbçiləri Krım körpüsünü müvəqqəti bağlayıb.

Metbuat.az xəbər verir ki, Krıma artan hücumlardan sonra Rusiya Ukrayna tərəfinin Krım körpüsünü də hədəf ala biləcəyindən ehtiyat edir. Körpünün girişində post quran hərbçilər, bu tədbirin müvəqqəti olduğunu bildiriblər.

Qeyd edək ki, Ukrayna ordusundan yüksək rütbəli zabitlər Krım körpüsünü hədəfə ala biləcəkləri barədə fikirlər səsləndiriblər. Son bir həftədə Rusiyanın Krımdakı iki hərbi hissəsində partlayışlar baş verib. Hadisələrdən sonra çox sayda sakin Krım körpüsü vasitəsilə Krımı tərk edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR