Bakıda hava nəqliyyatında təhlükəsizlik məsələləri müzakirə olunub

Heydər Əliyev Beynəlxalq Aeroportunda Aviasiya Təhlükəsizliyi üzrə İdarələrarası Komissiyanın növbəti iclası keçirilib.

BU barədə Metbuat.az-a Azərbaycan Hava Yolları"nın mətbuat xidmətindən məlumat verilib.

İclasda "Azərbaycan Hava Yolları" QSC-nin, Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin, hava nəqliyyatında güc strukturlarının və aviasiya subyektlərinin rəhbər heyəti iştirak edib.

İclasda iştirakçılar mülki aviasiyanın hal-hazırda bütün dünyada üzləşdiyi çağırışları, Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin və yük terminallarında aviasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bir sıra əsas məsələləri müzakirə edib, gələcəkdə aviasiya təhlükəsizliyinin inkişafının əsas prioritetləri müəyyən edilib.

Görüşdə aviasiya təhlükəsizliyi mədəniyyətinin hərtərəfli tətbiqinin zəruriliyi və aviasiya təhlükəsizliyinin təmin edilməsinin "Azərbaycan Hava Yolları" üçün birinci dərəcəli prioritet kimi vacibliyi vurğulanıb.

AZAL-ın bütün strukturları bundan sonra da digər idarələrlə əlaqəli şəkildə bu məsələyə böyük diqqət göstərəcəklər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR